XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 23:32

Prezident Tramp qəzəbləndi:“Uğura nail olan prezidenti necə impiçment etmək olar?”

 

 

 

 

 

 

 

ABŞ prezidenti Nümayəndələr Palatasının bəzi demokrat üzvlərinin onun impiçmenti haqda danışıqlarına münasibət bildirib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, Donald Tramp bu barədə tvitterdə yazıb: “Tarixdə ən böyük seçkiləri qazanan və heç bir yanlışlığa yol verməyən, iki il ərzində heç bir prezidentin əldə edə bilmədiyi uğurlara nail olan prezidenti necə impiçment etmək olar?”

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi demokratların Trampın impiçmenti məsələsini qaldıracağına ehtiyatla yanaşır. Lakin Kaliforniyadan Bred Şerman və Texasdan Al Qrin Konqresin ilk sessiyasında məsələni qaldırıb.

Müxalif demokratlar impiçment məsələsini Trampın vəkili Maykl Kohenin 2016-cı il prezident seçkilərindən öncə susmaları müqabilində 2 qadına pul ödəməsindən sonra qaldırıb. Federal porkurorluq ödənişə Tramp tərəfindən göstəriş verildiyini bildirib.

Tramp ödənişin kampaniya pulu olmadığını və kampaniya məsrəflərində heç bir səhvə yol verilmədiyini deyib.