XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 01:30

Pakistanın baş naziri Türkiyədədir –FOTO  

Türkiyə prezidenti ölkəsinin Əfqanıstan və Pakistan liderlərinin görüşünə ev sahibliyi edəcəyini bəyan edib.

Bu gün Pakistanın Türkiyədə səfərdə olan baş naziri İmran Xanla keçirdiyi birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan deyib ki, üçtərəfli görüş Türkiyənin mart ayında keçiriləcək yerli seçkilərindən sonra İstanbulda baş tutacaq.

Xan isə görüşün Əfqanıstanın ehtiyacı olduğu sühü bərqərar edəcəyinə ümid bəslədiyini bildirib. Ərdoğan Pakistan liderinə dini xadim Fətullah Gülənlə əlaqəsi olan məktəblərin Türkiyə hökumətinə təhvil verilməsini də alqışlayıb.

Türkiyə Güləni 2016-cı il çevriliş cəhdində günahlandırır. İmran Xan Konyada 13 əsrin sufi filosofu Cəlaləddin Ruminin məqbərəsini ziyarət edib. (Amerikanın Səsi)