XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 10:23

Gürcüstan hökuməti Əhməd Çatayev və daha iki terrorçunun cəsədindən xilas ola bilmir- FOTO

Gürcüstan hökuməti 2017-ci ildə Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilmiş Əhməd Çatayev və daha iki terrorçunun cəsədindən xilas ola bilmir.

AZƏRTAC xəbər verir ki, hər üç terrorçunun cəsədi Gürcüstanın Levan Samxarauli adına Milli Ekspertiza Mərkəzində saxlanılır.

Öldürülən şəxslərin heç birinin ailəsi cəsədlərin alınması ilə bağlı hökumətə müraciət etməyib. Gürcüstan dövləti də cəsədlərin dəfni ilə əlaqədar heç bir qərar qəbul etməyib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin 2017-ci il noyabrın 21-22-də Tbilisinin Keşiş Qabriel küçəsində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçu Əhməd Çatayev və onun iki tərəfdarı məhv edilib. Ə.Çatayev özünü əl qumbarası ilə partladıb.