Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, təbii fəlakət səhər saatlarında qeydə alınıb.
Yeraltı təkanlar yerin 18,3 kilometr dərinliyində, Mərmərə dənizində qeydə alınıb.
Hər hansı bir itki və ya fəsadların olması barədə məlumat verilmir.