XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2019 - 12:22

Almaniyada şəxsi məlumatların kütləvi “sızması” böhranı…- Qalmaqal şiddətlənir

Bu günlərdə Almaniyada tam bir sıra tanınmış siyasətçinin və ictimai xadimin şəxsi məlumatlarının internetdə yerləşdirilməsi ilə bağlı qopan növbəti qalmaqal şiddətlənir. Cinayətkarlar ev və mobil telefon nömrələrini, elektron poçt ünvanlarını, pasport məlumatlarını, hesabları, bankdan çıxarışları, sosial şəbəkələrdə şəxsi yazışmaları qanunsuz yolla əldə edərək onları şəbəkədə yerləşdiriblər.

AZƏRTAC xəbər verir ki, Almaniyanın daxili işlər naziri Zören Şmidt könülsüz də olsa, etiraf etməyə məcbur olub ki, İnformasiya Texnologiyaları Sahəsində Təhlükəsizlik üzrə Federal İdarə baş verən hadisədən xəbərdardır.

Federal kanslerin rəsmi nümayəndəsi Martina Fits ictimaiyyətə bildirib ki, məlumatların sızmasının qurbanları arasında AFR Prezidenti, ölkə hökumətinin başçısı və üzvləri, bundestaqda təmsil olunmuş bütün partiyaların deputatları, Avropa Parlamentinin, landtaqların üzvləri və hətta kommunal hakimiyyət orqanlarının təmsilçiləri olublar.

Xüsusi xidmət orqanlarının baş verənlərə gec reaksiya verməsi ilə bağlı KİV-lərdə onların ünvanına tənqidlər səslənir.