XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2019 - 12:33

“Gallup”:"ABŞ-ı tərk etmək istəyən vətəndaşların sayı rekord həddə çatıb"

ABŞ-dan köçmək istəyən amerikalıların sayı rekord həddə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, “Gallup” sosioloji xidmətinin keçirdiyi sorğu nəticəsində bu qənaət əldə edilib.

Nəticəyə əsasən, rəyi soruşulan ABŞ vətəndaşlarının 16 faizi ölkəni tamamilə tərk etmək istədiklərini bildirib.

Xidmət qeyd edib ki, bu göstərici Donald Trampın prezidentliyi dövründə ən yüksək həddə çatıb. Onun sələfi Barak Obamanın hakimiyyəti dövründə oxşar rəy sorğusunun nəticəsində, əsasən, respondentlərin 10 faizi ABŞ-ı birdəfəlik tərk etmək istədiklərini bildirmişdi. Kiçik Corc Buşun dövründə isə bu rəqəm 11 faiz olub.

Məlumata görə, sorğu 2017-2018-ci illərdə ABŞ-ın 15 yaşdan yuxarı vətəndaşları arasında keçirilib.