XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 15:06

Nazir müavini:"ABŞ-ın təzyiqinə baxmayaraq, İran neftinin potensial müştərilərinin sayı daha da artıb"

ABŞ-ın təzyiqinə baxmayaraq, İran neftinin potensial müştərilərinin sayı əvvəlki illərlə müqayisədə daha da artıb.

Trend-in məlumatına görə, bunu İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya deyib.

Nazir müavininin sözlərinə görə, İranın Milli Neft Şirkəti dörd onillik sanksiyalar dövründə neft satışı üçün peşəkar mexanizmlər hazırlayıb. Yaxın aylarda İran və Pakistan neft nazirlərinin görüşünün baş tutması və müqavilənin imzalanması gözlənilir:

“Başqa ölkələrlə müqayisədə İrandan qaz almaq Pakistan üçün daha sərfəlidir. Lakin təəssüflər olsun ki, ABŞ-ın təzyiqi və maliyyə nüfuzu elə bir səviyyədədir ki, bir sıra ölkələr hətta bir barel artıq nefti İrandan almaq istəmirlər”.