XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2019 - 15:14

Fransada “sarı jiletlilərin” aksiyası başlayıb- Etirazçılar Elize Xiyabanına toplaşıb

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Elize Xiyabanına toplaşıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb. Onlardan biri Fransa parlamentinin binasının qarşsında, o biri isə Elize Xiyabanında başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

Hazırda ölkənin Marsel, Ruan və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilərin” aksiyası başlayıb.