XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 15:45

Batumidə güclü külək nəticəsində xəsarət alan vəzifəli şəxs ölüb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ötən gün güclü küləyin binalardan birinin dam örtüyünü uçurması nəticəsində xəsarət alan şəxslərdən biri ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, 53 yaşlı kişinin qapalı kəllə-beyin travması, döş qəfəsi nahiyəsindəki daxili orqanlarında çoxsaylı zədələri olub.

Həmin şəxs Batumi Meriyasının Xidmətlər İdarəsinin rəhbəri olüb və xidməti vəzifəsini yerinə yetirərkən ciddi xəsarət alıb.

Xəsarət alan digər şəxs – 60 yaşlı kişi əməliyyat olunandan sonra Batumi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini sabit ağır qiymətləndirirlər.

Qasırğalı külək Batumidə bir neçə ağacı aşırıb və bulvarda ciddi fəsadlar törədib. Sahil zonasında təmizlik işləri başa çatdırılıb. Hazırda güclü küləyin sürətinin azalması müşahidə olunur.

Xatırladaq ki, ötən gün axşam saatlarında qasırğa Batuminin Çavçavadze küçəsində yerləşən 9 mərtəbəli binalardan birinin dam örtüyünü uçurub. Nəticədə iki nəfər xəsarət alıb, iki avtomobilə ziyan dəyib.