Ukraynada İsa Məsihin doğum tarixi olan Milad günü ilə bağlı bayram tədbirlərinə hüquq-mühafizə orqanlarının 17 min işçisi cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Milad bayramı ilə bağlı tədbirlərdə 5 milyona yaxın insanın iştirak edəcəyi gözlənilir. Böyük tədbirlər əsasən Lvov, İvano-Frankovsk, Ternopol, Dnepropetrovsk vilayətlərində qeyd ediləcək.
Xatırladaq ki, xristianların dini bayramı hesab edilən Milad gününü katoliklər dekabrın 25-də, pravoslavlar yanvarın 7-də qeyd edirlər.