“Yaxın zamanlarda kosmosa köçməsək, artıq məhkum olunmuşuq”
İnsanlıq kosmosda sığınacaq tapmasa, yaxın min ildə məhv olacaq. Strateq.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı fizik alim Stiven Hokinq bu fikri Sidney Orera Evində mühazirə oxuyarkən bildirib. İflic alim tamaşaçlıar qarşısında ən yeni texnologiyalar vasitəsilə holoqram biçimində görünüb. O bu zaman Kembricdəki evində olub.
Alimin fikrincə, insanlıq ən yaxın zamanlarda kosmosa köçməsə, artıq məhkum olunub. Hokinq əmindir ki, inkişaf davam etməsə, insanlar çox zəif Yer kürəsində sağ qala bilməyəcəklər.
Stiven Hokinq 1942-ci ildə anadan olub. ötən əsrin 60-cı illərində fizikdə iflicə aparıəb çıxaran amiotrofik sklerozun ilk simptomları aşkarlanıb. Hokinq hülqumundakı əməliyyata görə 1985-ci ildə danışıq imkanını itirib. Buna baxmayaraq, alim fəal həyat sürür. O, Kembric universitetində riyaziyyat professoru vəzifəsini tutur. Alim adamlarla nitq sintezatoru vasitəsilə təmas qurur.