Rusiyanın Maqnitoqorsk şəhərində partlayış nəticəsində dağılmış yaşayış binasının 400-dən çox sakininin mənzilə ehtiyacı var.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti sosial münasibətlər naziri Tatyana Nikitina jurnalistlərə məlumat verib.
“Binanın yeddinci və səkkizinci blokları söküləcək, oradakı mənzillərdə yaşayış qeyri-mümkündür. İlkin hesablamalara görə, qeydiyyatda olmayanları nəzərə alsaq 403 nəfərin mənzilə ehtiyacı var”, – deyə nazir əlavə edib.
T.Nikitinanın sözlərinə görə, evsiz qalan hər bir ailəyə xüsusi diqqətlə yanaşılacaq.