XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2019 - 18:28

Gürcüstanda siqaret bahalaşıb

Gürcüstanda siqaretin qiyməti artıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, tütün məmulatlarının satıldığı kiosklarda müxtəlif markalı siqaretlərin qiyməti orta hesabla 50 tetri (0,18 dollar) bahalaşıb.

Siqaretin bahalaşması ötən ilin sonunda ölkənin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədardır. Belə ki, yanvarın 1-dən etibarən idxal olunmuş filtrli siqaretlərə tətbiq olunan vergi artırılıb. Dəyişikliklərə əsasən, şirkətlər dövlətə siqaret qutusunun dəyərinin 10%-ni deyil, 30%-ni ödəməli olacaqlar.

Bundan başqa, yanvarın 1-dən etibarən filtirsiz siqaretlərə olan aksiz vergisi filtrli siqaretlerin aksiz vergisi ilə eyniləşdirilərək 20 siqaret üçün 1,7 lari (0,63 dollar) təşkil edib.