İstanbul prokurorluğu Türkiyənin tanınmış aktrisası Dəniz Çakırla bağlı istintaqa başlayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, prokurorluq aktrisanı başıörtülü qadınları təhqir etdiyi üçün məsuliyyətə cəlb edir.
Qeyd olunur ki, aktrisa ticarət mərkəzlərinin birində bir qrup başıörtülü qadınla mübahisə zamanı onları təhqir edib.
Prokurorluğa şikayət edən qadınlar aktrisanın onların konstitusion hüquqlarını pozduğunu iddia ediblər.