XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2019 - 20:50

Parisdə “sarı jiletlilərin” etirazları davam edir- Polis gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi Parisdə “sarı jiletlər”in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Trend-in məlumatına görə, insident Sena çayının sahilində baş verib. Parisdə etiraz aksiyalarında azı 3,5 min insan iştirak edir.

Bildirilir ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu şəhərdə etiraz aksiyalarında 600-ə yaxın insan iştirak edir.