XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 21:31

Ukraynada türk qızları qətlə yetirən şəxs tutuldu- Atasının məzarı üstündə

Ukraynanın Xarkov şəhərində öldürülən tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızı qətlə yetirənin kimliyi məlum olub.

Strateq.az xəbər verir ki, tibb fakültəsinin ikinci kurs tələbələri olan qızları Buketin keçmiş sevgilisi Hüsnü Can Çökməzin öldürdüyü bilinib.

Qatil 31 dekabr günü onların yaşadığı mənzilə gələrək əvvəlcə Buketi bıçaqlayıb, daha sonra mağazadan evə qayıdan Zeynəbi qətlə yetirib.

Buketin atası polisə verdiyi ifadədə qızının Hüsnü ilə 1 il əvvəl tanış olduğunu, lakin onun hərəkətlərindən narahat olduğu üçün görüşməmə qərarı aldığını deyib.

Qeyd edək ki, 20 yaşlı qatil cinayəti törətdikdən sonra 2 gün meyitlərlə eyni evdə qalıb, yanvarın 2-də isə Ukraynadan Türkiyəyə qayıdıb. Hüsnü Can Çökmez gizləndiyi Kurtköydə atasının məzarı üstündə tutulub. Onun üzərində tapança və bıçaq aşkarlanaraq götürülüb. Çökməz polis bölməsinə aparılıb.