XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 22:18

Avropa İttifaqı ölkələrinə gələn miqrantların sayı azalıb- Rəqəmlər

Avropaya qeyri-qanuni yollarla daxil olan miqrantların sayı son beş illə müqayisədə ötən il az olub. Lakin İspaniyaya gələnlərin sayında artım müşahidə olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2018-ci ildə 150 minə yaxın miqrant Avropa İttifaqı ölkələrinə daxil olub. Bu rəqəm miqrasiya böhranının kəskin hal aldığı 2015-ci illə müqayisədə 92 faiz aşağıdır.

Buna baxmayaraq, Mərakeşdən Aralıq dənizi vasitəsilə İspaniyaya gələn miqrantların sayı ötən il iki dəfə artaraq 57 min nəfər olub.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, 2018-ci ildə Avropaya 142 min miqrant gəlib.