XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2019 - 22:55

Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürdü –2 nəfəri öldürdü

Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində yaraqlılar 2 dinc sakini öldürüb, 10 nəfəri girov götürüb.

Bu barədə “Ariana” telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, yaraqlılar Dor Abad şəhərindən Fərahın mərkəzinə gedən nəqliyyat vasitəsini saxlayıblar.

Onlar iki sakini öldürdükdən sonra on nəfəri naməlum istiqamətdə özləri ilə aparıblar.

Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik baş vermiş hadisəyə görə məsuliyyəti üzərilərinə götürməyiblər/Report.