XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 09:20

Serbiyada minlərlə vətəndaş etriaz aksiyasına çıxıb –Hakimiyyətə qarşı hərəkat genişlənir

Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib.

Strateq.az-ın məlumatına görə, RİA informasiya agentliyi xəbər verir ki, “beş milyondan biri” şüarı ilə keçirilən aksiyada qarlı hava şəraitinə baxmayaraq, minlərlə insan iştirak edib. Etirazçılar Belqradın mərkəzi küçələri ilə hərəkət edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, etiraz aksiyaları Serbiyada bir aydan çoxdur davam edir. Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində təşkili planlaşdırılır.