XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2019 - 09:29

Parisdə etirazçılar nazirliyin həyətinə girdilər –Makron yenə dialoqa çağırdı

Fransada bir qrup etirazçı nazirliyin həyətinə daxil olub.

Trend-in “Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla 16:30 təxminən 15 nəfər nazirliyin həyətinə daxil olub və tikinti maşını ilə nazirliyin qapısını qırıblar. Qəzetin mənbəsi bildirib ki, nazirliyin həyətinə daxil olan etirazçıların bir hissəsi qara paltarda, bir hissəsi isə sarı jiletlərdə olub.

Etirazçılar nazirliyin həyətinə daxil olduqdan sonra Fransa hökümətinin rəsmi nümayəndəsi Benjamen Qrivo və digər əməkdaşlar hadisə yerindən təxliyə ediliblər.

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər” hərəkatının etiraz aksiyaları zamanı zorakılığı pisləyib və etirazçıları danışıqlara çağırıb.

Bu barədə Fransa prezidenti öz “Twitter” səhifəsində yazıb. E.Makron bildirib: “Yenə hədsiz qəddarlıq ölkəmizin üzərinə düşüb – onun keşikçilərinin, nümayəndələrinin və simvollarının. Bu hərəkətləri edənlər bizim vətəndaş müqaviləmizin mahiyyətini unudurlar. Ədalət qalib gələcək. Müzakirəyə və dialoqa gəlmək üçün hər kəs özünü ələ almalıdır”.