XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 10:00

“Soyuq müharibə”nin aparıcı generalı öldü –92 yaşında (FOTO)

ABŞ-ın keçmiş müdafiə naziri Harold Braun 92 yaşında dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sabiq Pentaqon rəhbərinin qızı Debora Braun atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, general ömrünün son günlərinin Kaliforniya ştatında keçirib.

Harold Braun 1977-dən 1981-ci ilə qədər müdafiə naziri postunu tutub. O, bu postda ilk hərbi təhsilli şəxs olub. Braun həmçinin Çin Xalq Respublikasına səfər edən birinci amerikalı müdafiə naziri idi. Onun dövründə “soyuq müharibə” çərçivəsində ABŞ və SSRİ arasında münasibətlər kəskinləşib. Bundan sonra Amerika tərəfi müdafiə və hərbi potensiala xərcləri artırıb.