XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2019 - 10:08

NASA Roqozinin ABŞ səfərini ləğv etdi –Konqresmenlər Roskosmosun rəhbərini sərt tənqid ediblər

ABŞ kosmik agentliyi NASA, Roskosmosun rəhbəri Dimitri Roqozinin fevral ayına planlaşdırılmış rəsmi səfərini təxirə salıb. NASA yeni tarixin hələ ki, razılaşdırılmadığını bəyan edib.

Roqozin 2018-ci ilin payızında NASA-nın rəhbəri Cim Bridenstin tərəfindən Rays universitetində çıxış etmək üçün dəvət edilmişdi. Lakin onun adı digər Rusiya rəsmiləri kimi Rusiyanın Krımı anneksiyasından sonra ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısına salınıb.

Demokrat, senator Cin Şahin Konqressin məsələyə müdaxiləsi başlamadan öncə bu dəvətin rədd edilməsini tələb edir:

“Roqozin, öz milliyyətçi, homofob və anti-amerikan fikirləri ilə tanınır. Onun ABŞ-a səfəri bizim qurduğumuz xarici siyasətin fundamental dəyərlərinin pozulması deməkdir”.

Şahinlə həmfikir olan senat kəşfiyyat komitəsinin sədr müavini demokrat Mark Uorner və kosmos üzrə altkomitənin sədr müavini Ted Kruz dəfələrlə kosmos sahəsində NASA-nın Rusiyadan asılı olduğuna görə, Putinin bu məsələdə Rusiya ilə ABŞ arasındakı qarşıdurmada hər zaman üstünlük götürdüyünü bildirirlər.

Roqozin İlk dəfə 2014-cü ildə Ukraynanın Krım yarımadasının qeyri-qanuni anneksiyası zamanı rəsmi Moskvanı ictimai şəkildə dəstəklədiyinə görə, ABŞ tərəfindən qoyulan sanksiyalara məruz qalıb. Bu sanksiyalara görə, onun, həmçinin Avropa Birliyi ölkələrinə də girişi yasaqlanıb.(azadliq.org)