XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 22:42

Tramp Fələstin dövlətinin yaradılması ilə bağlı planını təxirə salıb –ABŞ prezidenti açıqlama verib  

ABŞ prezidenti Donald Tramp dünyanın gündəmini dəyişəcək açıqlamalar verib.

Strateq.az musavat.com-a istinadən bildirir ki, Tramp Suriyadan çəkilmə məsələsinə toxunub. Eyni zamanda cənub sərhədində hörmək istədiyi divarla bağlı alacağı qərarlar üçün qarşıdakı günlərin nəzərdə tutulduğunu deyib.

D.Tramp bildirib ki, “Suriyadan əsgərlərimizi çıxarırıq” açıqlasa da, bu çəkilmənin tez olacağını demədiyini vurğulayıb.

O, Meksika sərhədinə hörmək istədiyi divar üçün 5.6 milyard dollarlıq təklifindən də vaz keçmədiyini söyləyib.

Tramp “Qarşıdakı bir neçə gün içində əgər təklifim qəbul edilməzsə, vəziyyətlə bağlı təcili qərar qəbul edəcəyik” deyib.

ABŞ-ın İsraildəki səfiri Fridman Tramp tərəfindən elan edilməsi gözlənilən və “Yüzilliyin anlaşması” layihəsi olaraq bilinən “Orta Şərq Sülh Planı”nın təxirə salındığını açıqlayıb.

İsrailin “Yerusalem Post” qəzetinin yazdığına görə görə, Amerikanın  Təl- Əvivdəki səfiri Devid Fridman Trampın beynəlxalq təhlükəsizlik üzrə müşaviri Con Boltonun İsrailə səfəri ilə bağlı jurnalistlərə açıqlaması zamanı bildirib ki, “Trampın sülh planı (İsrail-Fələstin) fevral ayında açıqlnmayacaq və bir neçə ay sonraya təxirə salınıb”.

Planın təxirə salınması qərarının İsraildə yaxınlaşmaqda olan seçkilərlə bağlı olduğunu qeyd edən Fridman digər bir səbəbin Fələstin hakimiyyətinin də ABŞ-ın bu planını rədd etməsi olduğunu vurğulayıb.

İsrail təhlükəsizlik qaynaqlarına yaxın olduğu iddia edilən Debka xəbər saytı ötən çərşənbə günü Trampın İsrail baş naziri Netanyahunun seçkilərdə qalib gəlməsi üçün sözügedən “sülh planı”nın fevral və ya mart ayında açıqlayacağını iddia etmişdi.