XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 09:29

Rusiya öz təyyarələrini İrana sata bilmədi –ABŞ icazə vermədi

ABŞ Rusiyanın “Sukhoi Superjet 100” markalı yaxın magistrallı sərnişin təyyarələrinin satışına icazə verməyib.

Strateq.az musavat.com- a istinadən bildirir ki, bu barədə İran hava yolları assosiasiyasının nümayəndəsi Maqsud Əsədi Samani məlumat verib.

İsrailin “İLNA” agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Maliyyə Nazirliyi həmin təyyarələrə ixracat sertifikatını təqdim etməkdən boyun qaçırıb. Qanuna görə, hər hansı məhsulun detallarının 10 faizi ABŞ-da istehsal olunarsa, Maliyyə nazirliyinin onun buraxılmasına icazə verməmək hüququ var. Rusiya tərəfi “Sukhoi Superjet 100” təyyarələrinin istehsalında həmin faizi aşağı endirə bilməyib. Bu səbəbdən ABŞ hava laynerlərinin İrana verilməsini dayandırmağı bacarıb.

Maqsud Əsədi Samani ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsinin lisenziyası olmadan təyyarələrin gələ bilməyəcəyini etiraf edib. Onun sözlərinə görə, ABŞ ehtiyat hissələrinin əvəzlənməsi üçün illər tələb olunur.

Bu məlumatı hələ keçən ilin oktyabrında İranın Rusiyadakı səfiri Mehdi Sanai də təsdiqləmişdi.

Beləliklə, Rusiyanın 10-12 ədəd civarında İrana satmaq istədiyi “Sukhoi Superjet 100” təyyarələrinin tədarükü ABŞ-ın icazəsinin ümidinə qalıb.