XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 10:22

London qorxu içində –Rusiya Britaniyada yeni casus şəbəkəsi yaradır

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni casus şəbəkəsi yaratmağa cəhd edir.

Strateq.az “Eurasia Diary”yə istinadən xəbər verir ki, bu məlumatı “Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya kəşfiyyatı üçün platsdarm edəcəyindən narahatdır.

Qəzet bununla bağlı xidmətə artıq Kremldən tapşırıq da verildiyini açıqlayıb: “Biz daha çox SVR-dən qorxuruq. Ona görə ki, QRU haqqında bildiklərimizlə müqayisədə SVR haqqında heç nə bilmirik. Moskvanın SVR-ə böyük resurslar və fəaliyyət azadlığı verməsi bizdə böyük narahatlıq yaradır. Belə ki, SVR daha peşəkar təşkilatdır”, – deyə qəzetin mənbəsi bildirib.