XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2019 - 12:17

Qabonda dövlət çevrilişi baş verdi –Hərbçilər insult olmuş prezidenti devirdi

Qabonda ordu idarəetməni nəzarətə aldığını bəyan edib.

Trend-in məlumatına görə, bu xəbər Qabon dövlət televiziyasında hərbçilər tərəfindən elan olunub. Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.

Xatırladaq ki, Qabon prezidenti Əli Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu xəstəxanaya yerləşdirilmişdi. Həmin müddətdən onun səhhətində problemlərin davam etdiyi deyilirdi.