XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 12:46

Tramp:“Prezident seçilməsəydim, böyük müharibə başlayacaqdı”

“Prezident seçilməsəydim, Asiyada Şimali Koreyi ilə böyük bir müharibə yaşamalı olacaqdınız”.

Strateq.az “Eurasia Diary”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin Amerika-Şimali Koreya danışıqlarında böhran yaranması barədə sualı cavablandırarkən deyib. O, danışıqların çox yaxşı getdiyini söyləyib: “Baxın, raket sınaqları keçirilmir, heç bir narahatlıq yoxdur. Çox yaxşı gedirik…”

Bununla belə, Tramp Şimali Koreyaya tətbiq olunan sanksiyaların davam edəcəyini vurğulayıb. O, Şimali Koreya lideri Kim Yonq Un-la ikinci görüş üçün yer müəyyənləşdirildiyini də bildirib.