XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2019 - 16:50

Türkiyədə gəmi batdı- Göyərtəsində azərbaycanlılar da var - VİDEO - YENİLƏNİB

Qara dənizin Türkiyə sahillərində gəmi batıb.

Strateq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Samsun yaxınlığında baş verib.

Samsun valiliyinin yaydığı açıqlamada bildirilib ki, Panama bayrağı altında üzən gəmidən həyəcan siqnalı alındıqdan sonra dərhal əraziyə helicopter və xilaseicilər göndərilib. Göyərtəsində 13 nəfərin olduğu gəminin 4 heyət üzvü xilas edilib, digərlərinin axtarışları isə davam edir.

Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.

* * *

Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Samsun şəhərinin valisi Osman Kaymak məlumat verib.

 

Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib. Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.