XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2019 - 15:16

Qabonda hərbçilərin qiyamı yatırılıdı –Qiyamçılar həbs edildi

Qabon hakimiyyəti bu gün milli radiostansiyanı ələ keçirən və xalqı Prezident Əli ben Bonqo Ondimbaya qarşı üsyana çağıran hərbçilərin həbs edildiyini elan edib.

Strateq.az bildirir ki, rabitə naziri və hökumətin mətbuat katibi Qi-Bertran Mapanqu hərbi qiyama cəhd edənlərin həbs olunduğunu, bir hərbçinin qaçdığını bəyan edib: “Vəziyyət nəzarət altındadır”.

Qeyd olunur ki, səhər saatlarında radiostansiya binasına daxil olan bir qrup hərbçi hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib. Xatırladaq ki, Qabon Prezidenti Əli ben Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan onun səhhətində problemlərin olduğu deyilir.