XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 16:05

ABŞ-dan Rusiyaya güc nümayişi –Qara dənizə desant gəmisi göndərir

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “USS Fort McHenry” desant gəmisi Dardanel boğazından keçərək Qara dənizə daxil olub.

Strateq.az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-ci donanması məlumat yayıb. Məlumatda qeyd olunub ki, desant gəmisi Neapoldakı bazadan çıxıb və 22-ci dəniz ekspedisiya qrupunun tərkibində şimala doğru hərəkət edir. Altıncı donanmanın komandanı vitse-admiral Liza Franketti öz “Tvitter” səhifəsində qeyd edib ki, “Fort McHenry” desant gəmisinin Qara dıniz hövzəsinə göndərilməsi bir daha ABŞ-ın bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından qərarlılığını göstərməklə yanaşı, NATO-nun müttəfiqləri və tərəfdaşları ilə sıx qarşılıqlı əməkdaşlıq etdiyinin göstəricisidir.

ABŞ Rusiyanın Azov dənizində Kerç boğazənda Ukrayna gəmilərini saxladıqdan sonra özünün Qara dənizdə iştirakını genişləndirmək niyyətindədir.