XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2019 - 17:34

“Sarı jiletlilər” hərəkatı siyasi partiyaya çevrilir –Makrona qarşı güclü müxalifət təşkilatlanır

Fransada fəaliyyət göstərən “Sarı jiletlilər” hərəkatının təmsilçisi Jaklin Muro siyasi partiya yaratmaq qərarına gəlib.

“France İnfo” radiosu xəbər verir ki, hazırda nizamnaməsi üzərində iş getdiyi yeni partiya vergi sistemində islahat aparılmasını, sosial siyasətin gücləndirilməsini tələb edəcək.

Yeni partiyanın liderinin olub-olmayacağı barədə danışan J.Muro bildirib ki, mən rütbə-filan istəmirəm: “Partiya yaratmağa çalışıram və bu da balaca məsələ deyil. Bundan sonra bütün partiyalardakı kimi, səsvermə keçiriləcək. Mən olacağam, yoxsa başqası, mühüm deyil. Əsas məsələ insanları zoraklılğa qarşı, bizim təsisatlara hörmət üçün birləşdirməkdir”.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı “sarı jiletlilər”in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilmişdi.