XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 21:50

Koreyadan gələn məxfi qatar Çin sərhədini keçib –İçində Kim Çen Inın olduğu guman olunur

İçərisində Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli rəsmisinin olduğu güman edilən qatar yerli vaxtla saat 22:15-də Çinin Dandun həmsərhəd şəhərinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi açıqlanmayan mənbələrə istinadla məlumat yayıb. Agentlik KXDR-Çin sərhədindəki yüksək səviyyədə təhlükəsizlik tədbirlərini əsas götürərək qatarda Şimali Koreya lideri Kim Çen Inın olması ehtimalını irəli sürür. Qatar iki ölkənin sərhədini keçərkən təhlükəsizlik qüvvələrinin onlarla avtomobili və əməkdaşı yolları bağlayıblar. Qatarın yanvarın 8-də səhər saatlarında Pekinə çatacağı güman olunur.

Qeyd edək ki, KXDR lideri Kim Çen In ötən il 3 dəfə Çinə səfər edərək bu ölkənin Sədri Si Cinpin ilə görüşüb. O, mart ayında ilk səfərində də Pekinə qatarla gəlmişdi. Lakin hər iki ölkənin rəsmi KİV-ləri bu barədə səfər başa çatandan sonra ictimaiyyətə məlumat yaydılar.