XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2019 - 17:12

İranın kəşfiyyat rəsmilərinə qarşı sanksiya –Avropa İttifaqı qadağaları genişləndirdi

Avropa İttifaqı (Aİ) köhnə qitənin ərazisində qətl və sui-qəsd cəhdlərinə görə, İranın Kəşfiyyat Xidmətinə qarşı sanksiyaları rəsmiləşdirib. Bununla da, Avropanın İrana qarşı sanksiya siyahısı genişlənib.

Bu barədə Danimarkanın xarici işlər naziri Anders Samuelson “Tvitter”də bəyan edib. Yeni sanksiyalarla İranın Kəşfiyyat Xidməti və konkret olaraq iki əməkdaşının Avropa banklarındakı hesabları dondurulacaq.

“Avropa xarici siyasəti üçün vacib bir gün! Avropa ərazisində sui-qəsd məqsədli təxribatlar hazırladığına görə, Avropa İttifaqı İranın Kəşfiyyat Xidmətinə qarşı sanksiyaların qüvvəyə minməsinə indicə razılıq verdi. Bu, Avropada belə davranışları qəbul etməyəcəyimizə dair Avropa İttifaqının güclü siqnalıdır”, – Samuelson yazıb.

Xatırladaq ki, əsmi Kopenhagen İranın xüsusi xidmət orqanlarını Danimarkada qətllər hazırlamaqda ittiham edib. Lakin Tehran ittihamları rədd edib. İki ölkə arasındakı gərginlik nəticəsində Danimarka İrandakı səfirini geri çağırıb. Rəsmi Paris də ötən il Fransadakı terror hücumu cəhdində İranı günahlandırıb. (azvision.az)