XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 22:05

Ukraynada prezident seçkisi –Daha 4 nəfərin namizədliyi qeydə alındı

Ukraynanın Mərkəzi Seçki Komissiyası daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, MSK-nın iclasında Ali Radanın deputatı Sergey Kaplin, “Ədalət” ictimai-siyasi hərəkatının təmsilçisi Valentina Nalivayçenko, “Samopomiç” Birliyi Partiyasından Andrey Sadovoy və müstəqil Vitaliya Skotsikanın namizədliyi təsdiqlənib.

Prezidentliyə namizədlik üçün sənədlər fevralın 3-dək MSK-ya təqdim edilməlidir. MSK bundan əvvəl ilk prezidentliyə namizəd kimi İqor Şevçenkonun müraciətini qeydə alıb.

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.