“Əsəd hökuməti Ərəb Dövlətləri Liqasına qayıdış üçün lazımi hazırlıqları görməlidir”.
Bu sözləri Misir Xarici İşlər naziri Samih Şükri deyib.
“Əks halda, üzvlüyün aktivləşdirilməsi ilə bağlı dəyişən bir şey olmayacaq”, – deyə XİN rəhbəri bildirib.
Şükri, eyni zamanda bildirib ki, hərbi həll vasitələri Suriya xalqının həyatını ağırlaşdırmaqdan başqa bir işə yaramayıb: “Suriyadakı proseslərin müsbət məcraya yönələcəyinə ümid edirik”.
Axar.az