XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 23:15

Belçika qanunsuz miqrantları qəbul etməkdən imtina etdi –Hökumətdən qərar

Belçika hökuməti Avropa Komissiyasının çağırışına əsasən, Maltanın ərazi sularında olan Almaniya QHT-lərinə məxsus iki gəminin göyərtəsindəki qeyri-leqal miqrantları ölkəsinə qəbul etməkdən imtina edib.

Bu barədə yerli RTBF nəşri məlumat yayıb.

Belçika baş nazirinin nümayəndəsi Şarl Mişelin jurnalistlərə dediyinə görə, ölkənin Nazirlər Kabineti hesab edir ki, Krallıq hökuməti “çoxlu sayda sığınacaq istəyənləri qəbul etməklə” Avropa İttifaqı ilə miqrasiya məsələsində artıq öz həmrəyliyini göstərib/Report