Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ-ın fərdi sanksiyalarının ölkə üçün əhəmiyyətsiz olduğunu bildirsə də, maliyyə blokadasına qarşı çıxıb.
“Report” bildirir ki, onun sözlərini “Union” radiosu sitat gətirib.
“Bunlar sanksiya deyil, bunlar qanunsuz tədbirlərdir, çünki onlar heç bir beynəlxalq qanunda yoxdur, onları tətbiq edənlər düşünürlər ki, bunlar kimisə narahat edir, lakin bizi onlar maraqlandırmır”.
Onun sözlərinə görə, Venesuela hakimiyyəti ciddi maliyyə blokadasındadır: “Bu, bizim əhaliyə ciddi təsir göstərir”.