XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2019 - 10:57

Dronların uçuşunun qadağan edildiyi zonalar genişləndirilir- Böyük Britaniyada

Böyük Britaniyanın nəqliyyat naziri Kris Qreylinq pilotsuz uçuş aparatlarının uçuşu qadağan edilmiş sahələri genişləndirəcəklərini açıqlayıb. İcmalar palatasında çıxış edən nazir hava limanlarının ətrafında qadağan edilmiş ərazilərin 5 kilometrədək genişləndiriləcəyini söyləyib.

O bildirib ki, 250 qramdan 20 kiloqrama qədər olan bütün pilotsuz uçuş aparatları qeydə alınacaq və polisə yeni səlahiyyətlər veriləcək. Bununla da gələcəkdə baş verə biləcək hər hansı bir xoşagəlməz halın qarşısını almaq mümkün olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt Londondakı ikinci ən böyük hava limanı olan Qatvik yaxınlığında havaya qaldırılmış dron səbəbindən aeroportun işində fasilə yaranmışdı.