XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2019 - 11:11

Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə ayıracaq- 2,6 milyard dollar

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımının ikinci və üçüncü tranşlarını 2019-cu ilin sonuna kimi köçürəcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu tranşların ümumi məbləği 2,6 milyard dollardır.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 14 ay ərzində 3,9 milyard dollar vəsaitin verilməsi barədə qərar qəbul edib.

BVF-nin 14 aylıq maliyyə proqramı yardımının birinci tranşı 1,3 milyard dollar təşkil edib.

Fondun bu qərarı Ukraynada makroiqtisadiyyatın sabitləşməsinə xidmət edir.