XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 12:32

BMT baş katibi:"Yəməndə beynəlxalq müşahidəçilərin sayı artırılsın!"

BMT-nin baş katibi Antonio Quterreş ötən ay Yəmən hökuməti ilə Husilər arasında əldə olunan atəşkəs qərarına nəzarət olunması üçün 75 beynəlxalq müşahidəçinin göndərilməsini tələb edib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, baş katib Yəmənin liman şəhəri Hudeyda da mövcud olan 16 beynəlxalq müşahidəçinin az olduğunu bildirib. Qeyd edək ki, bundan bir müddət əvvəl bölgəyə silahsız və mülkü geyimdə müşahidəçi qrupu göndərilib.

BMT baş katibi ərazidə nəzarətin gücləndirilməsini hər an baş verə biləcək gərginliklə əlaqələndirib. BMT-nin yaydığı məlumata görə, Yəməndə 22 milyondan çox insanın yardıma ehtiyacı var. 14 milyon insan aclıq və xəstəlik riski ilə üz-üzədir. Əsas yardımların Hudeyda şəhəri vasitəsi ilə Yəmən əhalisinə çatdırıldığını deyən Antonio Quterreş burada nəzarətin gücləndirlməsinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ildən etibarən Yəmən hökuməti ilə Husilər arasında silahlı qarşıdurma baş verir. Dinc əhali silahlı insidentdən əziyyət çəkir.