XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 14:02

Gürcüstandan Türkiyəyə və Ermənistana gedən avtomobil yolları bağlanıb- Bu səbəbdən

Gürcüstanın Ninotsminda rayonundan (Samtsxe-Cavaxetiya regionu) Ermənistana gedən yol bağlanıb. Güclü qar, çovğun və külək səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, Axalkalaki şəhərindən Türkiyə sərhədindəki Kartsaxi kəndinə qədər olan yol da bağlanıb. Bu yolda da Türkiyəyə gedən bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Güclü qar, külək və çovğun səbəbindən Gürcüstanın dövlət əhəmiyyətli bir sıra yollarında da avtomobillərin hərəkəti dayandırılıb.