XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 13:51

İsraildə keçmiş nazirə 11 il həbs cəzası verildi- İrana casusluğa görə

İsrailin keçmiş enerji və infrastruktur naziri Qonen Segev İranın xeyrinə casusluqla bağlı istintaq çərçivəsində əldə edilən razılaşmanın şərtlərinə görə 11 il həbsxanada yatacaq.

“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, 1995-1996-cı illərdə vəzifədə olmuş Q.Segev ötən ilin may ayında “Shin Bet” daxili təhlükəsizlik agentliyi tərəfindən müharibə dövründə düşmənə yardım etməkdə və İsrail dövlətinə qarşı casusluqda şübhəli bilinərək həbs edilmişdi. Sabiq nazirin İran nümayəndələrinə enerji sektoru və milli təhlükəsizliklə bağlı bəzi müəssisələr barədə məlumat ötürdüyü bildirilir.

Kəşfiyyatın məlumatına görə, ilk dəfə İran kəşfiyyatı əməkdaşları ilə ölkənin Nigeriyadakı səfirliyində 2012-ci ildə görüşən Segevin İran rejimi tərəfindən muzdla tutulduğuna dair dəlillər əldə edilib. Müxtəlif ölkələrdəki təmaslarla yanaşı, sabiq nazirin iki dəfə məxfi şəkildə İrana getdiyi də qeyd edilir.