XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 19:02

Çavuşoğlu:"ABŞ-a öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir"

ABŞ-ın PKK-nın Suriya qanadı olan PYD/YPG ilə elə yaxın əlaqəsi var ki, indi Vaşinqtona öz qoşunlarını Suriyanın şimal ərazilərindən çıxartmaq çətin gəlir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına başlamaq niyyətində olduğu bütün dünyaya məlumdur.

M.Çavuşoğlu qeyd edib ki, rəsmi Ankara Türkiyənin milli təhlükəsizliyi məsələsində heç kimə güzəştə getməyəcək.

Xatırladaq ki, ötən il dekabrın 12-də Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı yeni hərbi əməliyyata başlayacağını bəyan etmişdi.