XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2019 - 19:21

Beynəlxalq Böhran Qrupu:"Myanma narkoticarət mərkəzinə çevrilə bilər"

Myanmada baş verən hərbi siyasi qarşıdurmalar ölkənin şimal şərqində yerləşən Şan əyalətini “Kristal metafetamin mərkəzinə” çevirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirlər Beynəlxalq Böhran Qrupunun hesabatında yer alıb. Beynəlxalq təşkilat bu problemin aradan qaldırılması ilə bağlı məsələyə ölkənin yüksək hərbi siyasi qurumlarının və parlamentin rəhbərlik etməsinin vacibliyini bildirib.

Beynəlxalq Böhran Qrupunun hesabatına görə, ölkədəki xaosdan istifadə edən müəyyən qruplar Şan əyalətini narkotik maddələrin istehsalı mərkəzinə çevirib. Qeyd edilib ki, hökumət cinayətkarlığa və narkotik ticarətinə qarşı mübarizəni gücləndirməlidir. Bölgədə narkotik ticarət gücləndikcə silahlı qarşıdurmanın qarşısını almaq mümkün olmayacaq.