XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 21:00

Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq- Məclis tələb irəli sürüb

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

“Report” xəbər verir ki, Şuranın “Twitter”dəki səhifəsində bu barədə məlumat verilib.

“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, – məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.