XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 22:44

Tramp meşə yanğınlarını söndürməyə vəsait ayırmamaq göstərişi verib- Bu səbəbdən

ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarına qarşı tədbir görmək üçün Kaliforniya ştatına ayrılan maliyyə yardımını dayndırmaqla bağlı göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb.

D.Tramp səbəb kimi ştat hökumətinin bu istiqamətdə səmərəsiz fəaliyyətini göstərıb: “Kaliforniya ştatına yaxşı idarəetmədə heç vaxt baş verməyəcək meşə yanğınları üçün milyardlarla dollar vəsait sərf olunur. Nə qədər ağlabatan olmasa da, öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”.

Xatırladaq ki, ötən ilin noyabr ayında Kaliforniyada meşə yanğınları nəticəsində 85 nəfər ölüb, 14 minədək yaşayış və 528 ticarət binası, 4 minədək başqa tikili dağılmışdı.