XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 10:02

Çinlə ABŞ arasında ticarət mübahisələri…- Tərəflər danışıqları davam etdirəcəklər

Çin ilə ABŞ ticarət mübahisələrinə dair danışıqları davam etdirməyi qərar alıblar.

AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyinin yanvarın 7-9-da Pekində nazir müavini səviyyəsində keçirilmiş Çin-ABŞ ticarət danışıqlarının yekunu barədə yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, danışıqlarda ticarət məsələlərinə dair tərəfləri maraqlandıran mövzular ətraflı müzakirə olunub və məsələyə dair sıx təmasın saxlanılması barədə razılıq əldə edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Buones-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. Həmin razılaşma çərçivəsində Pekində nazir müavini səviyyəsində ilk ticarət danışıqları yanvarın 7-8-nə planlaşdırılsa da, görüş bir gün daha uzadılıb. Danışıqlarda ABŞ tərəfinə ticarət nümayəndəsinin müavini Cefri Geriş başçılıq edib.