XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 10:41

Kim Çen İnlə Donald Trampın görüşü olacaq- Yaxın vaxtlarda

Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidenti Mun Çje İn xalqa birbaşa yayımlanan müraciətində bildirib.

“ABŞ və Şimali Koreyanın başçılarının ikinci sammiti artıq tezliklə keçiriləcək və Koreya yarımadasında sülhü gücləndirməyə kömək edəcək”, – deyə Cənubi Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, sammitə hazırlıq prosesində həmçinin Kim Çen İnin Çinə yaxın günlərdəki səfəri müzakirə edilir.

ABŞ və KXDR lideri Donald Tramp və Kim Çen İn arasında təkbətək və geniştərkibli formatda görüş Sinqapurda keçirilib. Danışıqlar ümumilikdə bir saat yarım davam edib.