XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2019 - 10:30

Prezident seçkilərində müxalifət lideri qalib gəldi- Konqoda

Konqo Demokratik Respublikasında prezident seçkilərinin nəticələri elan edilib.

Strateq.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Associated Press” xəbər verir.

Bildirilir ki, seçkilərdə “Demokratiya və Sosial İnkişaf” Partiyasının lideri Feliks Çisekedi qalib gəlib.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə bir neçə müxalif koalisiyanın rəhbəri Marten Fayyulu qərarlaşıb.

Qeyd edək ki, Konqoda prezident seçkiləri dekabrın 23-də keçirilməli idi. Lakin texniki problemlərə görə səsvermələr dekabrın 30-a keçirilib.