XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 12:22

Rusiyalı ekspert:“Bu qərar Putinin Ermənistana verdiyi cəzadır”

“Rusiyanın Ermənistan üçün qaz qiymətinin artırması Yerevanı “məxməri inqilaba” görə cəzalandırmaqdır.”

Strateq.az bildirir ki, bu sözləri “Exo Moskvı” radiosuna açıqlamasında iqtisadçı Sergey Aleksaşenko deyib:  “Bu qərar  xalqın etirazı ilə prezidentin istefaya getməsinə görə kəsilən cəzadır. Putin üçün belə şeylər yolverilməzdir.  Putin hesab edir ki, buna görə həmin ölkə cəzalanmalıdır”.

Baş nazirin səlahiyyətlərini icra edən Paşinyan isə bəyan edib ki, Yerevan Moskva ilə qazın qiyməti ilə bağlı danışıqları davam etdirir.